Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Polşada konsert proqramı ilə çıxış ediblər. İyunun 29-da səhnəyə çıxan muğam ifaçıları “Voo Voo” qrupunun “Bezsennosc” mahnısı ilə Azərbaycanın “Leyla” və “Məni atdın, ay qız, atəşə” xalq mahnılarını sintez şəklində ifa edib. “Bu qrup rok qrupudur. Biz onlarla birgə bu mahnıları ifa etdiyimiz stadionda 20 minə yaxın tamaşaçı var idi. Azərbaycanın xalq musiqiləri xarici tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılandı”, - deyə Alim Qasımov bildirib.
Konsert “Dünya Avropa Mədəniyyətləri stadionu” adlanan festival çərçivəsində gerçəkləşib. Konsertdə xanəndələri polşalı qrupla birgə Zəki Vəliyev, Rauf İslamov müşayiət edib.
Konsert “Dünya Avropa Mədəniyyətləri stadionu” adlanan festival çərçivəsində gerçəkləşib. Konsertdə xanəndələri polşalı qrupla birgə Zəki Vəliyev, Rauf İslamov müşayiət edib.