­Qə­dim Şə­ki dör­dün­cü də­fə bey­nəl­xalq mu­si­qi fes­ti­va­lı­na ev sa­hib­li­yi edir

İ­yu­nun 28-də Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nin dəs­tə­yi, Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın və Şə­ki Şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nin təş­ki­lat­çı­lı­ğı ilə Şə­ki­də “İ­pək Yo­lu” IV Bey­nəl­xalq mu­si­qi fes­ti­va­lı baş­la­nıb. İyu­lun 4-dək da­vam edə­cək sə­nət bay­ra­mı­na öl­kə­miz­lə ya­na­şı, Tür­ki­yə, Ru­si­ya, Mol­do­va, Uk­ray­na, Ta­ci­kis­tan, Qa­za­xıs­tan, Öz­bəkis­tan, Ko­re­ya Res­pub­li­ka­sı və ABŞ-dan mu­si­qi kol­lek­tiv­lə­ri qa­tı­lıb. Bu ba­rə­də iyu­nun 28-də Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qın­da ke­çi­ri­lən mət­buat konf­ran­sın­da ət­raf­lı mə­lu­mat ve­ri­lib.

Fes­ti­va­lın bə­dii rəh­bə­ri, Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın səd­ri, Xalq ar­tis­ti, pro­fes­sor Fi­rən­giz Əli­za­də 2010-cu il­dən ke­çi­ri­lən fes­ti­va­lın ar­tıq ənə­nə ha­lı­nı al­dı­ğı­nı vur­ğu­la­yıb: “Fes­ti­va­lın janr çər­çi­və­si də il­dən-ilə ge­niş­lə­nir və hər il da­ha zən­gin proq­ram­la sə­nət­se­vər­lə­rin gö­rü­şü­nə gə­li­rik. Bu il fes­ti­va­lın açı­lış mə­ra­si­min­də Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Teat­rı­nın kol­lek­ti­vi tə­rə­fin­dən da­hi bəs­tə­kar Qa­ra Qa­ra­ye­vin “Yed­di gö­zəl” ba­le­ti nü­ma­yiş olu­na­caq. Fes­ti­val çər­çi­və­sin­də Xalq ar­tis­ti Alim Qa­sı­mov və Əmək­dar ar­tist Fər­qa­nə Qa­sı­mo­va­nın iş­ti­ra­kı ilə mu­ğam kon­ser­ti təq­dim edi­lə­cək. Ənə­nə­vi ola­raq Şə­ki Mu­si­qi Kol­le­ci­nin tə­lə­bə­lə­ri üçün us­tad dərs­lə­ri ke­çi­ri­lə­cək”.
Mət­buat konf­ran­sın­da çı­xış edən Döv­lət Xalq Çal­ğı Alət­lə­ri Or­kest­ri­nin rəh­bə­ri, Xalq ar­tis­ti Ağa­ver­di Pa­şa­yev, Əmək­dar ar­tist Tün­za­lə Ağa­ye­va və di­gər­lə­ri fes­ti­valın proq­ramı haq­qın­da ət­raf­lı mə­lu­mat ve­rib­lər.
Hə­min gün Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın Üze­yir Ha­cı­bəy­li adı­na kon­sert sa­lo­nun­da fes­ti­va­la həsr olun­muş “İ­pək Yo­lu­nun sə­da­la­rı və rəng­lə­ri: do­de­ka­fon sis­te­mi Qərb­də və Şərq­də” ad­lı kon­sert təq­dim olu­nub. Proq­ram­da “Oa­zis” sim­li kvar­te­ti tə­rə­fin­dən Ar­nold Şön­ber­qin do­de­ka­fon jan­rın­da ya­zıl­mış “2 say­lı kvar­tet­”i və Fi­rən­giz Əli­za­də­nin “Di­lo­gi­ya”­sı (so­list Əmək­dar ar­tist Fə­ri­də Məm­mə­do­va - sop­ra­no) səs­lən­di­ri­lib. Həm­çi­nin gənc rəs­sam La­lə Qa­sı­mın per­for­man­sı təq­dim olu­nub.

Fes­ti­va­lın ilk gü­nü­nə rəqs çə­lən­gi

İ­yu­nun 28-də ax­şam Şə­ki şə­hə­rin­də­ki yay teat­rın­da MDB öl­kə­lə­ri rəqs qrup­la­rı­nın iş­ti­ra­kı ilə fes­ti­va­lın ilk kon­ser­ti təq­dim edi­lib. Şə­ki Şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı El­xan Usu­bov və Azər­bay­ca­nın Ru­si­ya­da­kı sə­fi­ri, MDB öl­kə­lə­ri Hu­ma­ni­tar Əmək­daş­lıq üz­rə Döv­lət­lə­ra­ra­sı Fon­du­n İda­rə He­yə­ti­nin səd­ri Po­lad Bül­bü­loğ­lu çı­xış edə­rək fes­ti­va­lın Azər­bay­ca­nın, elə­cə də Şə­ki­nin mə­də­ni hə­ya­tın­da əla­mət­dar ha­di­sə ol­du­ğu­nu bil­di­rib­lər. Qeyd olu­nub ki, fes­ti­val­da post­so­vet öl­kə­lə­ri­nin mu­si­qi kol­lek­tiv­lə­ri də iş­ti­rak edir.
Qa­za­xıs­ta­nın “Al­tı­nay”, Be­la­ru­sun “Xo­roş­ki”, Ta­ci­kis­ta­nın “Ze­bo” an­samblla­rı­nın, Qır­ğı­zıs­ta­nın “Ak ma­ral” Mil­li Aka­de­mik Rəqs An­samb­lı­nın, Mol­do­va­nın “Flue­ras”, Öz­bə­kis­ta­nın “O­fa­rin”, Ru­si­ya­nın “Ber­yoz­ka” rəqs kol­lek­tiv­lə­ri­nin, Uk­ray­na­nın “Ban­du­ra­çı­lar” due­ti­nin çı­xış­la­rı ta­ma­şa­çı­lar tə­rə­fin­dən al­qış­lar­la qar­şı­la­nıb.

“A­şa­ğı Kar­van­sa­ray”­da “Yed­di gö­zəl”

İ­yu­nun 29-da XIX əs­rə aid ta­ri­xi-me­mar­lıq abi­də­si olan “A­şa­ğı Kar­van­sa­ray” komp­lek­sin­də “İ­pək Yo­lu” IV Bey­nəl­xalq mu­si­qi fes­ti­va­lı­nın rəs­mi açı­lış mə­ra­si­mi ke­çi­ri­lib. Şə­ki İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı El­xan Usu­bov və fes­ti­va­lın bə­dii rəh­bə­ri, Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın səd­ri Fi­rən­giz Əli­za­də gö­zəl ənə­nə­yə çev­ri­lən möh­tə­şəm mu­si­qi bay­ra­mı­nın qə­dim Şə­ki­də ke­çi­ril­mə­sinin tə­sa­dü­fi ol­ma­dı­ğı­nı vur­ğu­la­yıb­lar. Çün­ki ipək­çi­li­yin qə­dim mə­ka­nı olan Şə­ki əsr­lər bo­yu ta­ri­xi İpək Yo­lu üzə­rin­də mü­hüm sə­nət və ti­ca­rət mər­kə­zi ki­mi ta­nı­nıb. Bu gün Şə­ki or­ta əsr şə­hər­sal­ma mə­də­niy­yə­ti­ni özün­də qo­ru­yub sax­la­yıb. Mu­si­qi fes­ti­va­lı za­ma­nı kon­sert­lə­rin ta­ri­xi me­mar­lıq mə­kan­la­rın­da ke­çi­ril­mə­si həm də xal­qı­mı­zın zən­gin ta­ri­xi-mə­də­ni ir­si təb­liğ et­mə­yə im­kan ya­ra­dır.
Son­ra fes­ti­val çər­çi­və­sin­də ilk də­fə ola­raq Şə­ki­də Azər­bay­can Döv­lət Aka­de­mik Ope­ra və Ba­let Teat­rı trup­pa­sı­nın ifa­sın­da bö­yük bəs­tə­kar Qa­ra Qa­ra­ye­vin “Yed­di gö­zəl” ba­le­ti nü­ma­yiş olu­nub. Ba­let fes­ti­va­lın qo­naq­la­rı, şə­hər sa­kin­lə­ri tə­rə­fin­dən alqışlarla qar­şı­la­nıb. Xalq ar­tis­ti Ca­van­şir Cə­fə­ro­vun rəh­bər­li­yi al­tın­da sim­fo­nik or­kest­rin mü­şa­yiə­ti ilə nü­ma­yiş olu­nan səh­nə əsə­ri­nin ba­let­meys­te­ri Va­si­li Med­ve­dev (Ru­si­ya), qu­ru­luş­çu rəs­sam Dmit­ri Ger­bad­ji (Ru­si­ya), ge­yim tər­ti­bat­çı­sı Xalq rəs­sa­mı Ta­ir Tai­rov­dur. Əsas rol­la­rı xalq ar­tist­lə­ri Ka­mil­la Hü­sey­no­va və Gü­la­ğa­sı Mir­zə­yev ifa edib­lər.

Şə­ki Mu­si­qi Kol­le­cin­də us­tad dərs­lə­ri

İ­yu­nun 30-da Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı­nın pro­fes­so­ru, Xalq ar­tis­ti, ta­nın­mış pia­no­çu Ye­ga­nə Axun­do­va Şə­ki Mu­si­qi Kol­le­ci­nin tə­lə­bə­lə­ri­nə us­tad dər­si ke­çib. Kol­le­cin IV kurs tə­lə­bə­si Tür­kan Məm­məd­li pia­no­da İ.S.Bax, L.V.Bet­ho­ven və T.Qu­li­ye­vin, II kurs tə­lə­bə­si Ni­gar İsa­ye­va F.List və L.V.Bet­ho­ve­nin əsər­lə­ri­ni ifa edib. İfa­la­rı diq­qət­lə din­lə­yən pro­fes­sor Y.A­xun­do­va tə­lə­bə­lə­rə töv­si­yə­lə­ri­ni bil­di­rib.
İ­yu­lun 1-də kol­lec­də növ­bə­ti us­tad dər­si BMA-nın pro­fes­so­ru, Xalq ar­tis­ti, ta­nın­mış vio­lin ifa­çı­sı Zəh­ra Qu­li­ye­va tə­rə­fin­dən apa­rı­lıb. III kurs tə­lə­bə­si Ay­sel Lə­tif­za­də skrip­ka­da F.Ə­mi­rov, M.Mir­zə­yev və P.Çay­kovs­ki­nin, II ikin­ci kurs tə­lə­bə­si Vü­sa­lə Cab­bar­lı A.Vi­val­di, F.Ə­mi­rov və V.A.­Mot­sar­tın əsər­lə­ri­ni ifa edib­lər. Pro­fes­sor Z.Qu­li­ye­va ifa­çı­la­rın yol ver­dik­lə­ri xə­ta­la­rı gös­tə­rib, töv­si­yə­lə­ri­ni ve­rib.

“İ­pək Yo­lu”n­da rok ha­va­sı

İ­yu­nun 29-da Şə­ki­də­ki Azad­lıq mey­da­nın­da ABŞ-ın “Fil­li­gar” rok qru­pu­nun kon­ser­ti olub. Kon­sert­də ABŞ-ın Azər­bay­can­da­kı sə­fir­li­yi­nin ic­ti­maiy­yət­lə əla­qə­lər şö­bə­si­nin mü­di­ri Vik­to­ri­ya Sluon qru­pun fəa­liy­yə­ti və öl­kə­mi­zə sə­fə­ri­nin məq­sə­di ba­rə­də mə­lu­mat ve­rib. Fes­ti­va­lın bə­dii rəh­bə­ri, Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın səd­ri Fi­rən­giz Əli­za­də Ame­ri­ka rok qru­pu­nun çı­xı­şı­nın mu­si­qi bay­ra­mı­na xü­su­si ça­lar qa­ta­ca­ğı­nı de­yib. Bil­di­ri­lib ki, 2000-ci il­də Çi­ka­qo­da Ma­tias qar­daş­la­rı tə­rə­fin­dən ya­ra­dı­lan qru­pun mu­si­qi­si məş­hur rok və pop kol­lek­tiv­lə­ri­nin ya­ra­dı­cı­lı­ğın­dan qay­naq­la­nıb. Bu il “Fil­li­gar” qru­pu mə­də­niy­yət və in­cə­sə­nət dia­lo­qu­nu, ha­be­lə Ame­ri­ka mu­si­qi mə­də­niy­yə­ti­ni təb­liğ et­mək üçün ABŞ Döv­lət De­par­ta­men­ti tə­rə­fin­dən mə­də­ni sə­fir ki­mi bir sı­ra Şər­qi Av­ro­pa öl­kə­lə­ri­nə qas­trol sə­fər­lə­ri edib.

Ko­re­ya­lı so­list­lə­rin qə­dim mu­si­qi nü­mu­nə­lə­ri

İ­yu­nun 30-da və iyu­lun 1-də ta­ma­şa­çı­la­ra Cə­nu­bi Ko­re­ya so­list­lə­ri­nin ifa­sın­da qə­dim mu­si­qi nü­mu­nə­lə­ri və rəqs­lər­dən iba­rət ma­raq­lı kon­sert proq­ra­mı təq­dim olu­nub. Yay teat­rın­da və “A­şa­ğı Kar­van­sa­ray” komp­lek­sin­də ke­çi­ri­lən kon­sert­lər ma­raq­la qar­şı­la­nıb. Ko­re­ya Res­pub­li­ka­sı­nın Azər­bay­can­da­kı sə­fi­ri Çoi Suk-İn “İ­pək Yo­lu” fes­ti­va­lı­nın mə­də­niy­yət­lə­ra­ra­sı dia­lo­qa töh­fə ol­du­ğu­nu vur­ğu­la­yıb. Ko­re­ya təm­sil­çi­lə­ri­nin bu fes­ti­val­da ənə­nə­vi ola­raq iş­ti­rak et­dik­lə­ri­ni bil­di­rən sə­fir öl­kə­si­nin mu­si­qi mə­də­niy­yə­tin­də mah­nı və rəqs­lə­rin əsas yer tut­du­ğu­nu de­yib.

“Ax­şam sə­fa­sı” qəlb­lə­ri sə­rin­lə­dib

Fes­ti­va­lın üçün­cü gü­nü “A­şa­ğı Kar­van­sa­ray”­da Tür­ki­yə­nin TRT ka­na­lı­nın “Ax­şam sə­fa­sı” or­kest­ri və so­list­lə­ri­nin kon­ser­ti isə yay ha­va­sın­da qəlb­lə­rə sə­rin­lik gə­ti­rib. Kon­sert­də bil­di­ri­lib ki, “Ax­şam sə­fa­sı” or­kest­ri və xor qru­pu dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­də kon­sert­lər ve­rib. Kol­lek­ti­vin re­per­tua­rın­da xalq mu­si­qi­si və bəs­tə­kar mah­nı­la­rı əsas yer tu­tur. Bu ilin ma­yın­da kol­lek­tiv Hey­dər Əli­yev Sa­ra­yın­da möh­tə­şəm kon­sert­lə­ri ilə ba­kı­lı­la­rın qəl­bi­ni fəth edib. So­list­lə­rin 20 nə­fər­lik or­kest­rin mü­şa­yiə­ti ilə yük­sək pe­şə­kar­lıq­la ifa et­dik­lə­ri türk pop və xalq sə­nət mu­si­qi­si, Azər­bay­ca­nın xalq mah­nı­sı “Sa­rı gə­lin”, həm­çi­nin “Ə­ziz dost”, “Sən gəl­məz ol­dun” və di­gər Azər­bay­can mah­nı­la­rı fes­ti­val iş­ti­rak­çı­la­rı­nın ürə­yin­cə olub.
Cab­bar Qar­yağ­dıoğ­lu adı­na Azər­bay­can mu­ğam üç­lü­yü­nün - xalq ar­tist­lə­ri Mə­lək­xa­nım Əy­yu­bo­va, tar­zən Möh­lət Müs­lü­mov və ka­man­ça us­ta­sı Fəx­rəd­din Da­da­şo­vun çı­xı­şı da ta­ma­şa­çı­lar tə­rə­fin­dən bö­yük ma­raq­la qar­şı­la­nıb.

* * *
Qeyd edək ki, fes­ti­va­la iyu­lun 4-də ulu ön­dər Hey­dər Əli­ye­vin 90 il­lik yu­bi­le­yi­nə həsr olun­muş kon­sert­lə ye­kun vu­ru­la­caq. Kon­sert­də Döv­lət Xalq Çal­ğı Alət­lə­ri Or­kest­ri, Fik­rət Əmi­rov adı­na Döv­lət Mah­nı və Rəqs An­samb­lı və Şə­ki Mu­si­qi Kol­le­ci­nin xor kol­lek­ti­vi çı­xış edə­cək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar