­Pe­şə­kar he­yət tə­rə­fin­dən ər­sə­yə gə­ti­ri­lən nəş­r mil­li və pro­fes­sio­nal mu­si­qi­mi­zin təb­li­ğin­də mühüm rol oy­na­yır

1999-cu il­dən fəa­liy­yə­tə baş­la­yan “Mu­si­qi dün­ya­sı” jur­na­lı mil­li və pro­fes­sio­nal mu­si­qi­mi­zin təb­li­ğin­də mühüm rol oy­na­yır. Bey­nəl­xalq sə­viy­yə­də təq­dim olu­nan jur­nal­da mu­si­qi ilə bağ­lı el­mi, pe­da­qo­ji, tən­qi­di, pub­li­sis­tik və mə­də­ni-maa­rif mə­sə­lə­lə­ri işıq­lan­dı­rı­lır.

Nəş­rin tə­sis­çi­lə­ri Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qı, Ü.­Ha­cı­bəy­li adı­na Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı və “Ko­roğ­lu-T” fir­ma­sı, baş re­dak­to­ru və na­şi­ri Əmək­dar in­cə­sə­nət xa­di­mi, sə­nət­şü­nas­lıq üz­rə elm­lər dok­to­ru, pro­fes­sor Ta­ri­yel Məm­mə­dov­dur. Re­dak­si­ya he­yə­ti­nə xalq ar­tist­lə­ri, pro­fes­sor­lar Fi­rən­giz Əli­za­də, Fər­had Bə­dəl­bəy­li, Əmək­dar in­cə­sə­nət xa­di­mi, AMEA-nın müx­bir üz­vü, sə­nət­şü­nas­lıq üz­rə elm­lər dok­to­ru Zem­fi­ra Sə­fə­ro­va, fəl­sə­fə elm­lər dok­to­ru, Əmək­dar in­cə­sə­nət xa­di­mi Gül­naz Ab­dul­la­za­də, sə­nət­şü­nas­lıq dok­to­ru Fə­rəh Əli­ye­va, Əmək­dar in­cə­sə­nət xa­di­mi Oq­tay Abas­qu­li­yev və di­gər pe­şə­kar­lar da­xil­dir. Jur­na­lın bey­nəl­xalq əla­qə­lər üz­rə mə­sul re­dak­to­ru sə­nət­şü­nas­lıq dok­to­ru An­na Əm­ra­ho­va­dır (Ru­si­ya).
Be­lə yük­sək pe­şə­kar­la­rın sə­yi nə­ti­cə­sin­də işıq üzü gö­rən “Mu­si­qi dün­ya­sı” jur­na­lının hər sa­yı mu­si­qi və ədə­bi mü­hi­tin nü­ma­yən­də­lə­ri tə­rə­fin­dən xü­su­si ma­raq­la qar­şı­la­nır. Nəş­rin ye­ni sa­yı da bu qə­bil­dən­dir.
Jur­nal ulu ön­də­rin 90 il­lik yu­bi­le­yi­nə həsr olun­muş “Hey­dər Əli­yev və mu­si­qi mə­də­niy­yə­ti” mə­qa­lə­si ilə (müəl­lif Ariz Ab­du­lə­li­yev) açı­lır. Mə­qa­lə xal­qı­mı­zın ta­ri­xin­də əvəz­siz və əbə­di­ya­şar xid­mət­lər gös­tə­rən iki da­hi­nin ir­sin­dən bəhs edir. Üze­yir Ha­cı­bəy­li­nin ev-mu­ze­yi­nin ta­ri­xin­dən da­nı­şan müəl­lif ümum­mil­li li­der Hey­dər Əli­ye­vin Azər­bay­can mu­si­qi mə­də­niy­yə­ti­nə diq­qət və qay­ğı­sın­dan, elə­cə də Üze­yir bəy ir­si­nə olan son­suz mə­həb­bə­tin­dən söz açır, ta­ri­xi sə­nəd­lə­ri­n di­li ilə möv­zu­nu dol­ğun şə­kil­də oxu­cu­la­ra təq­dim edir.
“Port­ret­lər” böl­mə­sin­də Azər­bay­can mə­də­niy­yə­tin­də mü­hüm xid­mət­lə­ri olan gör­kəm­li sə­nət­kar­la­rı­mı­zın ge­niş ya­ra­dı­cı­lıq ir­sin­dən bəhs olu­nur. Bu sı­ra­da Xalq ya­zı­çı­sı El­çin haq­qın­da “El­çi­nin ya­ra­dı­cı­lı­ğı dün­ya me­ri­dian­la­rın­da” (müəl­lif Və­fa Xa­n­oğ­lan), Xalq ar­tis­ti, pro­fes­sor Fər­had Bə­dəl­bəy­li­nin 65 il­li­yi­nə həsr olun­muş “Dün­ya şöh­rət­li sə­nət­kar” (müəl­lif İm­ruz Əfən­di­ye­va), bəs­tə­kar, Əmək­dar in­cə­sə­nət xa­di­mi El­na­rə Da­da­şo­va­nın ya­ra­dı­cı­lı­ğın­dan bəhs edən “Təc­rü­bə­li pe­da­qoq və müa­si­ri­miz” (müəl­lif Nər­giz Hü­sey­no­va), sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­tor­la­rı, pro­fes­sor­lar Nai­lə Kə­ri­mo­va (“Yo­rul­maz təd­qi­qat­çı və pe­da­qoq”, müəl­lif Ka­mi­lə Da­daş­za­də) və Zem­fi­ra Qa­fa­ro­va (“Se­vim­li müəl­li­mi­miz”, müəl­lif Ley­la Məm­mə­do­va) haq­qın­da mə­qa­lə­lə­ri qeyd edə bi­lə­rik.
Jur­na­lın ma­raq­lı böl­mə­lə­rin­dən bi­ri də “Mu­si­qi­şü­nas­lı­ğın ak­tual prob­lem­lə­ri” ad­la­nır. Bu­ra­da da Ru­si­ya, Uk­ray­na və di­gər öl­kə­lə­rin mu­si­qi­şü­nas­la­rı­nın mə­qa­lə­lə­ri yer alır. Bu böl­mə­də­ki ya­zı­lar bəs­tə­kar ya­ra­dı­cı­lı­ğı­na is­ti­nad edir. “Cey­hun Al­lah­ver­di­ye­vin ya­ra­dı­cı­lı­ğın­da for­te­pia­no so­na­ta jan­rı­na mü­ra­ciət” (Ül­viy­yə Ka­zı­mo­va), “A­zər­bay­can bəs­tə­kar­la­rı­nın ya­ra­dı­cı­lı­ğın­da Xo­ca­lı fa­ciə­si­nin tə­cəs­sü­mü” (Gül­lü İs­ma­yı­lo­va) və baş­qa mə­qa­lə­lə­ri qeyd edə bi­lə­rik.
Jur­nal mu­si­qi sə­nə­ti­nin təb­li­ği, təd­qi­qi və təd­ri­si is­ti­qa­mə­tin­də mü­hüm bir va­si­tə­dir. “Mu­si­qi təh­si­li və maa­rif­çi­li­yi” böl­mə­sin­də “U­şaq­la­rın mu­si­qi es­te­tik tər­bi­yə­sin­də küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin tə­si­ri və im­kan­la­rı” (Mi­na­rə Da­da­şo­va), “Mu­si­qi qa­bi­liy­yət­lə­ri­nin tər­bi­yə­si­nin prob­lem­lə­ri” (Fi­rən­giz Hi­da­yə­to­va) və baş­qa mə­qa­lə­lər təq­dim olu­nur.
Nəşr­də Azər­bay­can Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın fəa­liy­yə­ti ge­niş işıq­lan­dı­rı­lır. Tu­ran Məm­mə­də­li­ye­va­nın “Uk­ray­na­da Azər­bay­can mu­si­qi­si gün­lə­ri” mə­qa­lə­sin­də iki öl­kə­nin mə­də­ni əla­qə­lə­rin­dən, mu­si­qi­mi­zin bu öl­kə­də bö­yük tən­tə­nə ilə qar­şı­lan­ma­sın­dan bəhs olu­nur. Pro­fes­sor Fi­rən­giz Əli­za­də­nin rəh­bər­li­yi ilə Bəs­tə­kar­lar İt­ti­fa­qı tə­rə­fin­dən çox ma­raq­lı la­yi­hə­lər hə­ya­ta ke­çi­ri­lir. Jur­na­lın bu sa­yın­da 2012-ci il­də ke­çi­ri­lən təd­bir­lər, Bəs­tə­kar­lar İt­ti­fa­qı­nın 8-ci qu­rul­ta­yı, bu ilin təd­bir­lə­ri işıq­lan­dı­rı­lıb.
Mə­də­niy­yət ta­ri­xi da­im us­tad­la­rın ir­sin­dən bəh­rə­lə­nir. “Mu­si­qi dün­ya­sı” jur­na­lı­nın “Us­tad­la­rı­mı­zın xa­ti­rə­si­nə” ad­la­nan böl­mə­sin­də bu mə­sə­lə­yə xü­su­si diq­qət ye­ti­ri­lir. Nəş­rin bu sa­yın­da “Qa­ra Qa­ra­yev və müa­sir­lik” (Meh­ri­ban Əh­mə­do­va), “Müəl­lim­lə­rim­dən bi­ri - Bəs­tə­kar Əziz Ək­bər Əziz­li” (Sər­dar Fə­rə­cov), ”A­zər­bay­ca­nın ta­nın­mış mu­si­qi təd­qi­qat­çı­sı - El­mi­ra Ab­ba­so­va” (Rə­na Məm­mə­do­va), “Ba­har su­la­rı - S.V.Rax­ma­ni­nov-140” (Fi­dan Nə­si­ro­va) və baş­qa us­tad­lar haq­qın­da mə­qa­lə­lər top­la­nıb.
Jur­na­lın ya­ra­dı­cı he­yə­ti us­tad­la­rın ir­si­ni da­ha ge­niş şə­kil­də təd­qiq edə­rək on­la­rın vir­tual mu­zey­lə­ri­nin açıl­ma­sı­nı da hə­ya­ta ke­çi­rir. Bu gü­nə qə­dər Üze­yir Ha­cı­bəy­li, Qa­ra Qa­ra­yev, To­fiq Qu­li­yev, Əf­ra­si­yab Bə­dəl­bəy­li ki­mi unu­dul­maz sə­nət­kar­la­rı­mı­zın ir­si “Mu­si­qi dün­ya­sı” jur­na­lı­nın baş re­dak­to­ru, pro­fes­sor Ta­ri­yel Məm­mə­do­vun rəh­bər­li­yi və nəş­rin əmək­daş­la­rı­nın zəh­mə­ti sa­yə­sin­də in­ter­net sə­hi­fə­lə­rin­də öz ək­si­ni tap­mış, us­tad­la­rın ir­si dün­ya sə­nət­se­vər­lə­ri­nə təq­dim olun­muş­dur.
Jur­na­lın bu is­ti­qa­mət­də ye­ni la­yi­hə­lə­rin­dən bi­ri də us­tad mu­ğam ifa­çı­sı Xan Şu­şins­ki­yə həsr olu­nub. Ra­bi­tə və İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı, Mə­də­niy­yət və Tu­rizm na­zir­li­kləri, “Xan Şu­şins­ki” fon­du və “Mu­si­qi dün­ya­sı” jur­na­lı­nın bir­gə sə­yi ilə us­tad sə­nət­ka­rın vir­tual mu­ze­yi açı­lıb. Bu ba­rə­də jur­na­lın “Say­toq­ra­fi­ya” böl­mə­sin­də­ki mə­qa­lə­də (Səa­dət Təh­mi­raz­qı­zı) ət­raf­lı mə­lu­mat ve­ri­lir.
A­dıçə­ki­lən böl­mə­lər­dən baş­qa jur­nal­da “Mə­xəz­şü­nas­lıq”, “Mu­si­qi nə­zə­riy­yə­si”, “Gənc təd­qi­qat­çı­la­rı­mız” böl­mə­lə­rin­də də mu­si­qi sə­nə­ti və mu­si­qi el­mi haq­qın­da Azər­bay­can və di­gər öl­kə­lə­rin mu­si­qi­şü­nas­la­rı, ifa­çı­la­rı mə­qa­lə­lər­lə çı­xış edir­lər. Bu da “Mu­si­qi dün­ya­sı”­nın bey­nəl­xalq əhə­miy­yət­li top­lu ol­ma­sı­nı bir da­ha təs­diq edir. Məhz bu­na gö­rə­dir ki, nəşr ne­çə-ne­çə fəx­ri fər­man­la­ra və bey­nəl­xalq mü­ka­fat­la­ra la­yiq gö­rül­müş­dür.
Jur­na­lın elekt­ron nəş­ri, in­ter­net say­tı və Azər­bay­can Te­le­ra­dio Ve­ri­liş­lə­ri Qa­pa­lı Səhm­dar Cə­miy­yə­tin­də “Mu­si­qi dün­ya­sı” ra­dio jur­nal ver­si­ya­la­rı da onun da­ha ge­niş ya­yıl­ma­sı­na, sə­nət­se­vər­lə­rin mil­li, pro­fes­sio­nal, klas­sik, müa­sir mu­si­qi dün­ya­sı ilə ət­raf­lı ta­nış ol­ma­sı­na zə­min ya­ra­dır. Nəş­rin ya­ra­dı­cı he­yə­ti­nə gə­lə­cək iş­lə­rin­də uğur­lar di­lə­yi­rik.

Səa­dət Təh­mi­raz­qı­zı,
sə­nət­şü­nas­lıq üz­rə fəl­sə­fə dok­to­ru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar