İyulun 5-dən 7-dək Azərbaycanın Xalq artisti, görkəmli muğam ifaçısı Mənsum İbrahimov Tacikistanda geniş konsert proqramı ilə çıxış edəcək. Konsert bu ölkədə keçiriləcək Dünya Musiqi Festivalı çərçivəsində baş tutacaq. Bu festivala Azərbaycan tərəfindən Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu dəvət alıb. Xalq artistini səhnədə əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edəcəklər.