Bakıda Amerika rok qrupunun konserti

   İyunun 27-də “Park Bulvar” ticarət və əyləncə mərkəzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Filliqar” rok qrupunun konserti olub.    
   Konsertdən əvvəl qrupun üzvləri jurnalistlərə müsahibələrində Bakının gözəlliyindən zövq aldıqlarını və Azərbaycanda olmalarından məmnunluqlarını söyləyiblər. Onlar konsertdə repertuarlarındakı musiqilərlə yanaşı, vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş “Yuxu” qrupunun “Xəzərin sahilində” mahnısını ifa edəcəklərini bildiriblər.
   Konsertdə əvvəlcə qonaq qismində “Bakı” və “5:59” yerli rok qrupları çıxış ediblər. Sonra amerikalı rok qrupu səhnəyə çıxıb.
   Amerikanın ən yaxşı rok kollektivlərindən sayılan “Filliqar” qrupu iyulun 7-dək Azərbaycanda səfərdə olacaq. Qrupun ölkəmizə səfəri ABŞ Dövlət Departamentinin himayədarlığı altında həyata keçirilən, mədəniyyətlərarası anlaşmanı və əməkdaşlığı gücləndirmək məqsədini daşıyan “Mədəniyyət elçiləri” proqramı çərçivəsində reallaşdırılır. Qrup Bakı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir və Sumqayıtda açıq havada konsertlər verəcək və yerli musiqiçilər üçün rok üzrə bir sıra ustad dərsləri keçəcək. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar