Bakı şəhərindəki G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avstriyanın paytaxtı Vyananın Motsart Konsert Zalında keçirilən “Afrikanın uşaqlarını xilas edək” adlı xeyriyyə konsertində uğurla çıxış edib.
   “Panmusica Austria” Musiqi Assosiasiyası tərəfindən təşkil olunmuş konsertdə gənc pianoçumuz V.A.Motsartın fortepiano və simfonik orkestr üçün “Adur” konsertini səsləndirib. On dörd yaşlı Nəriman Əmiraslanov 2011-2013-cü illərdə Almaniya, Avstriya, Estoniya, Fransa, İsveç, İtaliya və Polşada keçirilən ondan çox beynəlxalq müsabiqənin laureatı və diplomantı olub. O, həmçinin Rusiya Federasiyasının birinci xanımının himayəsi ilə Moskvanın Böyük Kreml Sarayında keçirilən gənc klassik musiqi ifaçılarının III Beynəlxalq festivalında, Vladimir Spivakov Beynəlxalq Xeyriyyə Fondunun dəvətilə “Moskva dostları qarşılayır” adlı IX Beynəlxalq festivalda uğurlu ifa nümayiş etdirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar