Londonda yaşayan tanınmış azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva konsertlər verəcək. Musiqiçinin rəsmi saytında verilən xəbərə görə, Səbinə Rakçeyeva sentyabrın 8-dən 13-dək Almaniyanın Berlin, sentyabrın 15-də Böyük Britaniyanın Qlazqo, 22-də isə Brayton şəhərlərində konsert proqramı ilə çıxış edəcək.
   Həmvətənimiz həmçinin oktyabrın 1-də Böyük Britaniyanın Mançestr, 25-də isə Vellinqboro şəhərlərində “Deko” ansamblının müşayiəti ilə çıxış edəcək.