Noyabrın 1-2-də Bakıda Rus Dram Teatrının səhnəsində ilk dəfə əfsanəvi “ABBA” qrupunun ən yaxşı hitləri “Angels” müasir opera-simfonik şousunun ifasında təqdim olunacaq.
   Teatrın saytında yer alan xəbərə görə, xoreoqraf və rejissor Sabina Svetkovanın rəhbərliyi ilə təşkil edilən “Angels” şou proqramında məşhur İsveç kvartetinin “The Winner Takes It All”, “Gimme!”, “Happy New Year” və digər sevilən kompozisiyaları səslənəcək.
   Layihənin aranjimançısı məşhur dirijor Vyaçeslav Serjanovdur. O, Nikolay Baskov, Valeriya, Diana Qurtskaya, Yevgeni Doqa, David Tuxmanov, İqor Krutoy kimi ifaçı və bəstəkarlar üçün aranjimanlar edib, eləcə də Lara Fabianın “Mademuazel Jivaqo” albomu üzərində işləyib.
   “Əfsanələr musiqisi-ABBA” layihəsində Vyaçeslav Serjanov populyar kvartetin hitlərinin yeni ifasını təqdim edəcək.
   Vokal partiyalarını “Angels” opera şousunun solistləri, gənc professionallar - Rusiya miqyasında və beynəlxalq səviyyəli müsabiqə-festivalların mükafatçı və laureatları ifa edəcəklər. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar