Ukraynada “Uşaq yeni dalğası” (“Detskaya novaya volna”) müsabiqəsi keçirilib. Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Yasin Həsənov Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu müsabiqədə qonaq kimi iştirak edib.
   Yasin Həsənov 2012-ci ildə Azərbaycanı bu müsabiqədə layiqincə təmsil edib və laureat adını qazanıb. Bu dəfə Yasin iştirakçı kimi deyil, balaca musiqi ulduzu kimi çıxış edib. Gənc vokalçı müsabiqədə tanınmış italyan müğənnisi Alessandro Safina ilə birgə “Luna tu” mahnısını oxuyub.
   Alessandro Safina Yasin Həsənovun səsini çox bəyənib, hətta onunla birgə konsert vermək istədiyini bildirib. O, həmçinin Azərbaycanın, gözəl Bakımızın vurğunu olduğunu söyləyib.