Azərbaycan Respublikası Nazirlər Kabineti Bakı şəhər Qara Qarayev adına 8 nömrəli onbirillik Musiqi Məktəbinin bazasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaradılması haqqında qərar qəbul edib. Nazirlər Kabinetinin 5 sentyabr 2013-cü il tarixli 246 saylı qərarı Mədəniyyət və Turizm Nazirliyinin Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul olunub. Qərara əsasən, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin maliyyələşdirilməsi dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərclərinin \"Təhsil\" bölməsində nəzərdə tutulmuş müvafiq xərcləri hesabına həyata keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar