Azərbaycan Dövlət Filarmoniyasının sentyabr repertuarı musiqisevərlər üçün maraqlı olacaq. Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 19-dan 28-dək sənət ocağında konsert proqramları təqdim ediləcək. Sentyabrın 19-da Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrini tanınmış alman dirijoru Peter Rundel idarə edəcək. Sentyabrın 22-də isə musiqisevərlər orkestrin möhtəşəm çıxışını kollektivin baş dirijoru, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi altında dinləyəcəklər. Slovakiya Dövlət Kamera Orkestrinin sentyabrın 20-21-də keçiriləcək konserti gənc və istedadlı dirijor Əyyub Quliyev tərəfindən idarə olunacaq. Münhen Yeni Filarmonik Orkestrinə isə sentyabrın 23-24-də istedadlı gənc Fuad İbrahimov dirijorluq edəcək.
   Sentyabrın 25-də səhnə Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin sərəncamında olacaq. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı isə sentyabrın 26-da və 28-də nəzərdə tutulub. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar