Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə aprel-avqust aylarında Sumqayıt şəhərində həyata keçirilən “Fiziki qüsurlu uşaq və gənclər üçün musiqi dərnəyinin yaradılması” layihəsi başa çatıb.
   Layihənin rəhbəri Rövşən Həmidov bildirib ki, ölkəmizdə fiziki qüsurlu uşaqlar və gənclər dövlət qayğısı ilə əhatə olunublar. Onların təhsil almaları üçün hər cür şərait yaradılıb. Bununla belə bəzi ailələrdə valideynlər övladlarının insanlarla ünsiyyətini məhdudlaşdırırlar. Ona görə də qeyri-hökumət təşkilatları valideynlərin bu yanaşmasının dəyişməsi istiqamətində maarifləndirməyə xüsusi önəm verməli, fiziki qüsurlu uşaq və gənclərin cəmiyyətə inteqrasiyasına, onların fəal həyat tərzi keçirmələrinə, istedadlarının üzə çıxmasına yardımçı olmalıdırlar.
   Bildirilib ki, layihə fiziki qüsurlu uşaq və gənclərə mənəvi dəstək vermək, onların cəmiyyətə inteqrasiyasına nail olmaq məqsədilə icra edilib. Layihə çərçivəsində valideynlərlə görüşlər keçirilib, fiziki qüsurlu uşaq və gənclər musiqi dərnəyinə cəlb olunublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar