Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Azərbaycanda V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
   
   Sentyabrın 20-21-də festival çərçivəsində Bakıda Boqdan Varxal adına Slovakiya Dövlət Kamera Orkestrinin konsertləri olacaq. Avropanın ən tanınmış musiqi kollektivlərindən biri olan Slovakiya Dövlət Kamera Orkestri beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının dirijoru, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının dəvətli baş dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə geniş konsert proqramını dinləyicilərə təqdim edəcək. Bu, Slovakiya orkestrinin ölkəmizə ilk səfəridir.
   Gənc dirijor Əyyub Quliyev bildirib ki, 1960-cı ildə görkəmli skripka ifaçısı Boqdan Varxal tərəfindən təməli qoyulan kollektiv dünyanın bir çox ölkələrində çıxışları ilə böyük uğurlara imza atıb. Filarmoniyada gerçəkləşəcək konsertlərdə orkestr tərəfindən ilk dəfə dünya şöhrətli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikovun əsərləri ifa olunacaq. Beynəlxalq “Musiqi Olimpi” Fondunun (Sankt-Peterburq) təşkilati dəstəyi ilə konsertlərdə beynəlxalq müsabiqələr laureatları Aşu (ABŞ), Varvara Nepomnyaşaya (Rusiya) və Azərbaycandan gənc və istedadlı skripkaçı, İsraildəki Meta-Buxman Konservatoriyasında təhsil alan Cəmilə Qarayusiflinin ifasında İ.S.Bax, V.A.Mosart, F.Şopen, A.Piazzola və A.Qlazunovun instrumental konsertləri və fantaziyaları da səslənəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar