ABŞ-ın “Voyager 1” kosmik aparatı Günəş sistemini tərk edib. ABŞ-ın Milli Aeronavtika və Kosmik İdarəetmə Mərkəzinin (NASA) yaydığı məlumata görə, cihaz artıq günəş küləklərinin təsir etmədiyi ulduzlararası fəzada hərəkət edir. Ayova Universitetinin alimləri cihazın ətrafındakı plazma sıxlığını ölçərək bu qənaətə gəliblər.
Xatırladaq ki, 1977-ci ildə kosmosa göndərilmiş cihazın korpusuna 45 dildə səs yazısı və 27 musiqi nümunəsi olan disk də birləşdirilib. Bu diskdə Azərbaycan muğamı da yer alıb. “Voyager 1”in Günəş sistemini ötən ilin avqustunda tərk etdiyi və hazırda soyuq və qaranlıq mühitdə hərəkət etdiyi bildirilir.