Sentyabrın 13-də Bakı Caz Mərkəzi yeni mövsümü məşhur Azərbaycan caz musiqiçilərinin iştirakı ilə keçirilən qala-konsert proqramı ilə açıb. Gecənin aparıcısı Rahib Azəri Azərbaycan cazının böyük inkişaf yolu keçdiyini vurğulayıb.
Bakı Caz Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən natiq, bu mədəniyyət ocağında dünyanın ən məşhur cazmenlərinin geniş konsert proqramı ilə çıxış etməsini də yüksək qiymətləndirib.
Konsertdə əməkdar artistlər İsfar Sarabski (piano), Ruslan Hüseynov (bas), Tofiq Cabbarov (perkussiya), Salman Qəmbərov (piano), Tünzalə Ağayeva (vokal), Rain Sultanov (saksafon), Sevda Ələkbərzadə (vokal), Əməkdar incəsənət xadimi Cəmil Əmirov (piano), beynəlxalq caz festivallarının iştirakçıları Elçin Şirinov (piano), Aysel Məmmədova (piano-vokal), Əfqan Rəsul (piano), Emil Həsənov (bas), Ramin Sultanov (baraban) və digərləri çıxış ediblər.
Musiqiçilərin ifaları gecənin iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.