Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert təqdim edilib. Konsert dahi alman bəstəkarı Rixard Vaqnerin anadan olmasının 200 illiyinə həsr edilib.
   Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrini görkəmli dirijor Peter Rundel idarə edib. Konsertin solisti Almaniyadan Bricit Pinter (soprano) olub.
   Proqramda Rixard Vaqnerin “Nyurnberq meysterzingerləri”, “Parsifal”, “Tristan və İzolda”, “Valkiriya”, “Tanrıların süqutu” və digər operalarından parçalar ifa olunub.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar