Sentyabrın 23-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində vokal musiqi konserti oldu. 
   Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün milli musiqi bayramı kimi qeyd edildiyini, bu ənənənin 1995-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğuladı. Bildirdi ki, bu, ulu öndərin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin ad gününə bir hədiyyədir.
   Vokal musiqi konserti barədə danışan A.Bayramova qeyd etdi ki, belə tədbirlərin keçirilməsi gənc ifaçılara öz istedadlarını nümayiş etdirmək və musiqi aləmində tanınmaq üçün imkanlar yaradır.
   Sonra söz musiqiçilərə verildi. Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Məhərrəm Hüseynli Volfqanq Amadey Motsartın “Don Juan”, Qaetano Donisettinin “Don Paskuale” operalarından, Ferens Leqarın “Sən dul qadın” operettasından parçalar təqdim etdi. BMA-nın IV kurs tələbəsi Dilarə Əliyeva “Fiqaronun toyu” (Motsart) və “Don Paskuale” operalarından ariyalar oxudu. BMA-nın məzunu Cəlal Kərimov “Neapolitan” mahnısını ifa etdi. Vokalçıları fortepianoda İlahə Sadıqzadə müşayiət edirdi.   

   S.Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar