Sentyabrın 20-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Həştərxan Dövlət Mahnı və Rəqs Ansamblının konserti olub. Konsert Bakı və Həştərxan arasında mədəni mübadilə çərçivəsində təşkil edilib.
   
   Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları salamlayaraq bildirib ki, son illər paytaxtımızla Rusiyanın Həştərxan vilayəti arasında sıx əlaqələr yaranıb. Heydər Əliyev adına 11 nömrəli Həştərxan orta məktəbinin şagirdləri yayda Bakıda olublar. İki həftə sonra Bakı nümayəndələri paytaxtımızın hədiyyəsini - Knyaz Vladimirin abidəsini Həştərxana aparacaqlar.
   Tədbirdə çıxış edən Həştərxan vilayət hökuməti sədrinin müavini Qalina Zadeyeva deyib ki, xalqlarımızı mədəniyyətə ehtiram birləşdirir. O, ikitərəfli əməkdaşlıqdan söz açaraq Həştərxanda Heydər Əliyevin abidəsinin ucaldıldığını, ümummilli liderin adını daşıyan parkın açıldığını diqqətə çatdırıb. Bildirilib ki, 2008-ci ildə yaradılan Həştərxan Mahnı və Rəqs Ansamblı regionun mədəni vizit kartına çevrilib. Rusiyanın Əməkdar mədəniyyət işçisi Aleksandr Lavrinenkonun rəhbərlik etdiyi kollektivin 250 nəfər üzvü var. Kollektivin xor və xoreoqrafiya kompozisiyalarında rus, kazak, tatar, kalmık, qazax, Azərbaycan və Ukrayna xalqlarının sənət ənənələri təmsil olunub. Ansamblın Bakı səhnəsində çıxışı alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar