Xəbər verdiyimiz kimi, “Kainat” Gənclik Mərkəzi Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə V Beynəlxalq Uşaq Muğam Festivalı keçirir. 2009-cu ildən təşkil edilən beynəlxalq festivala bu il Türkiyə, Misir, İran, Əfqanıstan, Hindistan, İraq, Özbəkistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistandan nümayəndələrin gəlməsi gözlənilir. Ölkəmizi festivalda təmsil edəcək ifaçıları müəyyənləşdirmək üçün may ayından etibarən bölgələr üzrə seçim turları keçirilir. Bakı və Abşeron regionunu əhatə edən son seçim turu sentyabrın 28-də V.Mustafazadə adına 2 saylı incəsənət məktəbində təşkil olunacaq. Festivalın yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar