Sentyabrın 30-da Moskva Konservatoriyasının böyük salonunda skripkaçıların David Oystrax adına V Beynəlxalq müsabiqəsi laureatlarının konserti olub. Dahi skripkaçının 150 illiyinə həsr edilmiş konsertdə “Junior” kateqoriyasında üçüncü mükafata layiq görülmüş həmvətənimiz Elvin Qəniyev N.Paqanininin 4 nömrəli kapriççiosunu məharətlə ifa edib.
   3 turdan ibarət olan müsabiqədə 10-28 yaşlı ifaçılar iştirak edirdi. Builki müsabiqədə iştirak edən yüz nəfərdən yeddisi mükafata layiq yerləri tutaraq final konsertində iştirak etmək hüququ qazanıb. Böyük və kiçik yaş kateqoriyalarında birinci yerləri Cənubi Koreyanın eyni soyadlı iki nümayəndəsi - 12 yaşlı Su Bin Li və 20 yaşlı Ci Yun Li tutub. Builki müsabiqənin laureatları arasında Cənubi Koreya, Yaponiya, Fransa, Qazaxıstan və ABŞ-dan gəlmiş gənc skripkaçılar var.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar