V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı günlərində L. və M.Rostropoviçlərin ev-muzeyi də bir sıra tədbirlərə ev sahibliyi etdi. 
   Sentyabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Əməkdar artist, violonçelist Aleksey Miltıx, festivalda iştirak edən Fransanın “Utopik” qrupunun üzvləri - violonçelist Fransua Jerar, pianoçu Lüdovik Frokot, fleyta ifaçısı Gilles de Tolet, vokalçı Laura Delkamp muzeyin qonağı oldular. Qonaqlar muzeyin ekspozisiyasına baxdılar, F.Əlizadəyə və M.Rostropoviçə həsr olunmuş slayd-şouya, M.Rostropoviçin Bakıya səfərlərindən hazırlanmış sənədli filmə tamaşa etdilər.
   Qonaqlardan violonçelist F.Jerar, pianoçu L.Frokot muzeyin səhnəsində musiqi parçaları ifa etdilər. Violonçelist F.Jerarın ifa etdiyi “Oyan” əsəri Azərbaycanda ilk dəfə L. və M.Rostropoviçlərin ev-muzeyində səsləndi. Bu da təsadüfi deyildi. Bu əsəri F.Əlizadə maestronun müraciəti ilə Fransada keçirilən M.Rostropoviç adına beynəlxalq müsabiqə üçün yazmışdır. M.Rostropoviç F.Əlizadənin yaradıcılığı, xüsusilə də violonçel musiqisi ilə tanış olduğuna görə bəstəkara belə bir əsər yazması üçün müraciət etmişdi. Violonçelist F.Jerar həmin müsabiqənin iştirakçılarından və əsərin ilk ifaçılarındandır. Bu səbəbdən də o, muzeyin səhnəsində əsəri böyük məmnuniyyətlə ifa etdi. Muzeyin ekspozisiyasında F.Əlizadənin “Oyan” əsəri nümayiş olunur. Əsərin üzərində bəstəkarın ürək sözləri və avtoqrafı var.
   
   Vüsalə Nəsrullayeva,
   L.və M.Rostropoviçlərin ev-muzeyinin elmi işçisi






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar