Heydər Əliyev Mərkəzi Azərbaycan musiqisinin yaşadılması, caz sənətinin inkişafı və müxtəlif mədəniyyətlərin inteqrasiyası istiqamətində daha bir layihə həyata keçirir.
Oktyabrın 20-də layihə çərçivəsində Heydər Əliyev Mərkəzində məşhur caz ifaçısı, Əməkdar artist Şahin Növrəslinin "Bayatı" adlı konserti təqdim olunacaq. Konsertin təşkilati dəstəyi "A+A Event" şirkətidir.
Proqramda müəllif bəstələri, Azərbaycan klassik və xalq musiqi əsərlərinə caz improvizasiyaları səslənəcək. Gecədə qonaq qismində finlandiyalı müğənni-bəstəkar Yanita da çıxış edəcək.
Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbində, Bakı Musiqi Akademiyasında təhsil alıb. 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək, öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir.