Azərbaycanın muğam ansamblı Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək II beynəlxalq “Avrasiya” musiqi festivalı çərçivəsində konsert proqramı ilə çıxış edəcək. Oktyabrın 12-də Sverdlovsk Dövlət Akademik Filarmoniyasında təşkil ediləcək konsertdə muğamlarımız, xalq mahnıları və milli rəqs havalarımız səsləndiriləcək.
Ansamblın tərkibinə Əməkdar artist Elşən Mansurov (kamança), Ələkbər Ələkbərov (tar), Abuzər Güləliyev (balaban, zurna), Ramin Abdullayev (nağara), beynəlxalq muğam müsabiqəsinin qalibi Ehtiram Hüseynov (vokal) və Arzu Əliyeva (vokal) daxildir. Festival oktyabrın 16-dək davam edəcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar