Oktyabrın 18-19-da Moskvada dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş vokalçıların 3-cü beynəlxalq müsabiqəsi keçiriləcək. Müslüm Maqomayevin Mədəni-Musiqi İrsinin Araşdırılması Fondunun təşkil etdiyi müsabiqə vokalçıların həm klassik, həm də estrada janrında öz istedad və ustalıqlarını nümayiş etdirməsi üçün sınaq meydanıdır.
İki turdan ibarət müsabiqədə yaşı 20-35 arası olan xüsusi musiqi təhsilli və professional vokalçılar iştirak edə bilər. Həmçinin ali musiqi məktəbinin tələbələri də sənət yarışmasına qatıla bilərlər. Müsabiqədə iştirak üçün namizədliyini irəli sürən musiqiçilər xüsusi münsiflər üzvləri tərəfindən seçilir, sonda 15 iştirakçı Moskvaya dəvət ediləcək. Münsiflər heyətinə dünyanın tanınmış opera solistləri, musiqili teatrların dirijorları, müasir musiqi ulduzları və dünyanın estrada sənəti üzrə tanınmış simaları daxildir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar