Noyabrın 2-də Moskva Dövlət Konservatoriyasının Böyük zalında Azərbaycanın Əməkdar artisti, Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Dinara Əliyevanın konserti keçiriləcək. Xeyriyyə məqsədli konsertdə Dinara Əliyevanı Vladimir Spivakovun rəhbərlik etdiyi Rusiya Milli Filarmoniyasının orkestri müşayiət edəcək. Proqrama Cüzeppe Verdinin uvertüra və ariyaları daxil edilib.
Dinara Əliyeva 1980-ci ildə Bakıda anadan olub. 2004-cü ildə Bakı Musiqi Akademiyasını bitirib. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində aparıcı partiyaları ifa edib. 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir. Monserat Kabalye və Yelena Obrazsovadan ustad dərsləri alıb. Bir sıra beynəlxalq müsabiqələrin qalibi və laureatıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar