Oktyabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında dünya şöhrətli skripkaçı, professor Taras Qaborun iştirakı ilə konsert olacaq. ABŞ və Kanadanı təmsil edən maestro tez-tez nüfuzlu milli və beynəlxalq müsabiqələrin münsiflər heyətində çıxış edir, məşhur simli trioların, kvartetlərin yaradıcısıdır.
Dünya şöhrətli virtuozla birgə səhnədə istedadlı həmvətənimiz, A.V.Nejdanova adına Odessa Milli Musiqi Akademiyasının fortepiano sinfinin tələbəsi, beynəlxalq müsabiqələrin və festivalların laureatı Mehriban Süleymanova da çıxış edəcək.
Onlar birlikdə V.Motsartın və Q.Qarayevin sonatalarını ifa edəcəklər. Yeri gəlmişkən, dahi Azərbaycan bəstəkarının əsərlərini konsertə daxil etməyi Taras Qaboraya məhz Mehriban təklif edib, o da təklifi böyük məmnuniyyətlə qəbul edib. M.Süleymanova konsertdə K.Debüssi, S.Raxmaninov və A.Skryabinin əsərlərini də ifa edəcək.
Qeyd edək ki, B.Bartokun “İkinci rapsodiya”sını məşhur skripkaçı ilə birgə azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli ifa edəcək.
Bu musiqi tədbiri çərçivəsində Taras Qabor oktyabrın 23-də Bakı Musiqi Akademiyasında ustad dərsi keçəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar