Musiqi bayramında dünya şöhrətli ifaçılar iştirak edəcək

Oktyabrın 23-dən noyabrın 2-dək Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə paytaxtımızda növbəti beynəlxalq musiqi bayramı - ənənəvi Bakı Caz Festivalı keçiriləcək.

Festival günlərində müxtəlif ölkələrdən məşhur cazmenlər şəhərimizin qonağı olacaqlar.
Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı və Bakı Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Joshua Redman, Kenny Garret, Avishai Kohen, Marcus Miller, Bob James, David Sanborn, Kristof Çex və başqalarının çıxışları nəzərdə tutulub.
Eyni zamanda, Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və digər istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.
Bakı Caz Festivalı oktyabrın 23-də saat 19-da Beynəlxalq Muğam Mərkəzində başlanacaq. Açılış konsertində Joshua Redman, Aaron Goldberg, Reuben Rogers və Gregory Hutchinson çıxış edəcək. Həmin gün saat 21-də Caz Mərkəzində “Bakı” estrada caz qrupunun çıxışı olacaq.
Oktyabrın 24-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mircavad Cəfərovun rəhbərliyi ilə “Cəngi” estrada caz qrupu konsert proqramını təqdim edəcək. Caz Mərkəzində isə Əlibəy Məmmədzadə (fortepiano) və qrupu musiqisevərlərin qarşısına çıxacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar