Noyabrın 8-dən 30-dək Antalyada XIV Beynəlxalq piano festivalı keçiriləcək. Festival çərçivəsində noyabrın 24-də məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadə çıxış edəcək. “Şəhərdə musiqi var” şüarı ilə Antalya Mədəniyyət Mərkəzində reallaşacaq festivalda dünyada tanınmış sənətçilər və musiqi qrupları iştirak edəcək.