Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert keçirilib. Tədbirdə Avstriyanın hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, musiqisevərlər iştirak ediblər. Mədəniyyət mərkəzinin rəhbəri Leyla Qasımova qonaqları salamlayaraq, Azərbaycanın müstəqillik tarixinə nəzər salıb, ötən müddətdə ölkəmizin əldə etdiyi uğurlardan danışıb.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, çello ifaçısı Dmitri Yablonski, müğənni Yusif Eyvazov, skripkaçı Elvin Qəniyev çıxış edib. Proqramda Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub.
Dmitri Yablonski çelloda bəstəkarlar Sergey Raxmaninov, Aleksandr Skryabin, Georq Benda və digərlərinin əsərlərini pianoda Fərhad Bədəlbəylinin müşayiəti ilə yüksək ustalıqla ifa edib. Gənc skripkaçı Elvin Qəniyevin yüksək texnika və böyük ustalıqla ifa etdiyi “Karmen fantaziyası“, “Qaraçı havası“ və başqa əsərləri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. İtalyan bəstəkarları Françesko Tosti, Cakomo Puççini, Ernesto de Kurtisin əsərlərini ifa edən tenor Yusif Eyvazov bir daha ən böyük opera səhnələrində çıxış etməyə layiq olduğunu sübut edib.
Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tamaşaçıların təkidli arzusu əsasında F.Bədəlbəyli öz bəstəsi olan “Dəniz“ kompozisiyasını ifa edib.
Sonda F.Bədəlbəyli və D.Yablonski musiqiçilərin adından çıxış edərək bu cür gözəl təşəbbüslə çıxış etdiyinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar