“Euronews” telekanalında Bakı Caz Festivalı barədə veriliş yayımlanıb

Avropanın populyar “Euronews” telekanalının mədəniyyət xəbərlərini təqdim edən “Le Maq” telejurnalında Bakı Caz Festivalı barədə veriliş yayımlanıb. Verilişdə qeyd olunur ki, hər ilin oktyabr ayında Bakı caz sədalarına bürünür. Proqramda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkil etdiyi ənənəvi festivalın oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində keçirilən açılış mərasimindən söz açılır, festival iştirakçısı olan məşhur ifaçıları - saksafonçu Coşua Redman, “Qremmi” mükafatı laureatı Kenni Qarretin fikirləri verilir.
Qeyd olunur ki, Bakı Caz Festivalı yeni musiqiçiləri dinləmək, istedadlarla tanış olmaq üçün də gözəl fürsətdir. Festival təkcə bir-birini əvəzləyən konsertlər deyil. Bu həm də qeyri-rəsmi görüşlər, küçələrdə eşidilən musiqi, Montrö və Monreal forumlarında olduğu kimi nəhəng səhnəyə çevrilən şəhərdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar