Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Bakı Caz Festivalı - 2013” çərçivəsində konsert proqramları davam edir.

Oktyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində amerikalı saksafonçu Kenni Qarret “Pushing The World Away” konsert proqramı ilə çıxış edib. Onun ifasında müxtəlif caz kompozisiyaları, eləcə də özünün bəstələdiyi musiqi parçaları alqışlarla qarşılanıb. Kenni Qarret otuz ili əhatə edən uğurlu karyerasında görkəmli saksafonçu olaraq tanınıb, eyni zamanda bəstəkar kimi də özünü sübut edib.
Həmin gün Caz Mərkəzində Aysel Məmmədova (fortepiano) və qrupunun, ayın 26-da isə Çingiz Mustafayev (vokal) və qrupunun maraqlı konsert proqramları təqdim olunub.
Oktyabrın 28-də festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində istedadlı Azərbaycan cazmeni Əfqan Rəsulun və qrupunun konserti olub. Əfqan Rəsul (fortepiano) konsertdə Samuel Roxrerlə (zərb alətləri) və Ruslan Hüseynovla (kontrabas) birlikdə çıxış edib. Müxtəlif kompozisiyaların təqdim olunduğu konsert alqışlarla qarşılanıb.
Əfqan Rəsul Bakı Musiqi Akademiyasını bitirib, 2004-cü ildə pianoçuların IV respublika müsabiqəsinin qalibi olub, 2011-ci ildə Permdə keçirilmiş caz festivalının, 2012-ci ildə İsveçrədə “Monteux jazz festival” beynəlxalq caz festivalının iştirakçısı olub.
Həmin gün Bakı Caz Mərkəzində rusiyalı caz ifaçısı Saşa Maşinin kvartetinin konserti keçirilib. Rusiyalı ifaçının ceymseyşn üslubunda təqdim etdiyi musiqi parçaları caz həvəskarlarına zövqlü anlar yaşadıb. Oktyabrın 29-da “Saşa Maşinin kvarteti” Caz Mərkəzində tamaşaçılara daha bir ceymseyşn saatı təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar