Oktyabrın 27-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Yaponiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə ənənəvi yapon musiqisi konserti təqdim edilib. Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe konsertdən öncə çıxış edərək belə tədbirlərin iki ölkə arasında mədəni əməkdaşlığın inkişafında rolunu vurğulayıb.
Sonra tanınmış musiqiçi və bəstəkar Şiniçi Kinoşito ənənəvi Yaponiya musiqisinin incilərini ifa edib. Öz ifası ilə dünyaya səs salan Ş.Kinoşito Azərbaycan tamaşaçılarına unudulmaz gecə bəxş edib. Onun Reika Maisukasi və vodaiko ifaçısı (Yaponiya davulu) Kenici Koizumi ilə birgə çıxışı da parlaq və valehedici alınıb. Yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin rəğbətini qazanmış yaponiyalı musiqiçi Bakıda olmağından məmnunluğunu bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar