Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev daha bir xarici səfərini uğurla başa vurub. İstedadlı gənc dirijor Rusiya Dövlət Akademik Simfonik Orkestri ilə məşhur V.Safonov və A.Skryabin adına salonlarda silsilə konsertlər verib.

Bu barədə məlumat verən Əyyub Quliyev “Şərq nağılları” adı altında keçirilən konsertdə Safonov Filarmonik Orkestrinin görkəmli Azərbaycan və rus bəstəkarlarının yaradıcılığına müraciət etdiklərini dedi: “Safonov adına Dövlət Akademik Filarmoniyasında ilk dəfə olaraq Qara Qarayevin “Yeddi gözəl” baletindən simfonik fraqmentlər səsləndirildi. Bundan başqa, görkəmli rus bəstəkarları Modest Musorqskinin “Xovanşina”, Aleksandr Borodinin “Knyaz İqor” operalarından fraqmentlər və Anatoli Lyadovun simfonik nağılları ifa olundu”.
Gecədə Azərbaycanın Xalq artisti, professor Ramiz Quliyev də çıxış edib. Görkəmli tarzən Hacı Xanməmmədovun tar və simfonik orkestr üçün 2-ci konsertini ifa edib.
Növbəti konsert Safonov adına İmperator zalının səhnəsində gerçəkləşib. Burada “Kurzal gecələri” adlı yeni ədəbi-musiqili layihəsinin də təqdim olunub. Əyyub Quliyevin sözlərinə görə, qarşıdakı konsertlərdə Natalya Bondarçuk, Aristarx Livanov, Viktoriya Tolstoqanova, Marina Yakovleva, Roman Belişov, Tatyana Abramova və Sergey Çonişvili kimi sənətçilərin də iştirakı nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar