Azərbaycan Milli İncəsənət Muzeyində G.Şaroyev adına 35 nömrəli 11 illik uşaq musiqi məktəbi şagirdlərinin konserti keçirilib. Vətənpərvərlik mövzusuna həsr olunmuş konsert A.Zeynallının “Ölkəm” romansı ilə başlayıb.
Məktəbin gənc pianoçularının ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Konsertdə vokal müəllimi Sevinc İbrahimovanın “Ucal bayrağım!”, “Həmrəylik nəğməsi” əsərləri də şagirdlər tərəfindən ifa edilib.
Sonda məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova konsert haqqında fikirlərini söyləyib, yeniyetmələrə uğur arzulayıblar.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar