TÜRKSOY Rusiyada yubiley konserti təşkil edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un yaradılmasının 20 illik yubileyi münasibətilə Rusiyanın Sankt-Peterburq şəhərində “Şərqin musiqi əfsanələri” adlı konsert proqramı təşkil olunub.
TÜRKSOY-un Ankaradakı baş ofisindən bildirilib ki, konsert təşkilatın 20 illiyinə, habelə görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 80 illik, qazax bəstəkarı Mukan Tolebayev və tatar bəstəkarı Fərid Yarullinin 100 illik yubileylərinə və V.Andreyev adına Rus Dövlət Akademik Orkestrinin 125 illiyinə həsr olunub. Konsertdə V.Andreyev adına Rus Dövlət Akademik Orkestri türk xalqlarının bu məşhur bəstəkarlarının əsərlərini təqdim edib.
Musiqi axşamında Azərbaycan (İlahə Əfəndiyeva), Qazaxıstan, Qırğızıstan, Başqırdıstan və Tatarıstandan solistlər çıxış ediblər. V.Andreyev adına Rus Dövlət Akademik Orkestrinin rəhbəri Dmitri Xoxlov TÜRKSOY-un baş katibi Düsen Kaseinova məktub göndərərək konserti Sankt-Peterburqun mədəni həyatında əlamətdar hadisə adlandırıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar