Bakıda türk musiqi axşamı

Yanvarın 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Bir millət, iki dövlət” adlı türk musiqi axşamı keçiriləcək. Şövkət Məmmədova adına Opera-Studiyanın konsert salonunda reallaşacaq konsertdə BMA-nın türkiyəli tələbə və doktorantları, Türkiyənin tanınmış sənətçilərindən müğənni Mustafa Yıldızdoğan, klarnet ifaçısı Hüsnü Şenlendirici, solistlər Mehmet Bitmez, Ercüment Ekin, Elif Nun, Kadir Verim, Gürkan Çakmak, Osman Özel, Ceyhun Çelikten, Coşğun Karademir, Emirhan Kartal, Ergün Şenlendirici, Ata Bahri Çağlayan və başqaları çıxış edəcəklər.
Konsertdə ifaçıların repertuarından seçilmiş musiqilər, türk xalq və estrada, həmçinin Azərbaycan mahnıları ifa olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar