Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində caz pianoçusu Elçin Şirinovun konserti keçirilib. Gecədə pianoçunu “Elçin Şirinov trio” qrupunun üzvləri Elcan Cəbrayılov (bass) və Elvin Bəşirov (zərb alətləri) müşayiət ediblər.
Elçin Şirinov 2008-ci ildən Bakı Caz Mərkəzi ilə əməkdaşlıq edir. 2009-cu ildə zərb alətləri ifaçılarının 6-cı Bakı festivalının iştirakçısı olub. Rain Sultanovun kvartetinin tərkibində Azərbaycan, Gürcüstan, Malayziya və digər ölkələrdə yaddaqalan ifaları ilə böyük tamaşaçı sevgisi qazanıb.