Azərbaycanlı pianoçu Günel Mirzəyeva “The Ackworth” konsert cəmiyyətinin təşkilatçılığı ilə fevralın 8-də Böyük Britaniyanın Donkaster şəhərində konsert verəcək. Pianoçumuz İ.Bax, S.Prokofyev, S.Qubaydulina və F.Şubert kimi dünya şöhrətli bəstəkarların əsərlərini səsləndirəcək. “South Yorkshire Times” qəzeti konsert haqqında məlumat dərc edib.