Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli tarzən Ramiz Quliyev İranda keçiriləcək 29-cu beynəlxalq “Fəcr” musiqi festivalında iştirak edəcək. Fevralın 13-dən 20-dək İranın Tehran şəhərində və daha 6 əyalətində keçiriləcək festivalda məşhur tarzəni Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı və gənc ifaçılar müşayiət edəcəklər.
Festivalda iranlı tamaşaçılara 20-dən çox musiqi əsəri, o cümlədən Azərbaycan muğamları, xalq mahnıları təqdim ediləcək. Sənətkar festivala çox ciddi hazırlaşdığını deyib: “İnanıram ki, iranlı musiqisevərlər konsert proqramımızdan, həmişə olduğu kimi, yenə də böyük zövq alacaqlar”.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar