Martın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında akademiyanın orta ixtisas məktəb-studiyasının şagirdlərinin və Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi kolleci tələbələrinin birgə konserti təqdim ediləcək. Bu, məktəb-studiyanın hazırladığı ikinci konsertdir.
Konsertdən sonra Bakı şəhərinin aparıcı musiqi müəssisələrinin nümayəndələri ilə “Bir fincan çay ilə” adlı dəyirmi masa keçirilməsi, musiqi təhsili ilə bağlı problemlərin müzakirəsi planlaşdırılır.