Qırğızıstanın Əmək, Miqrasiya və Gənclər Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, bu ölkənin gəncləri aprel ayının 21-dən 23-dək Bakıda keçiriləcək “Hünər” vətənpərvərlik mahnıları beynəlxalq festivalında iştirak edəcək. Festival Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək. Hazırda Bakıya göndəriləcək gənclərin seçim turları keçirilir.