Aprelin 8-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda “Azərbaycan bəstəkarlarının kamera əsərləri gənc ifaçıların təqdimatında” silsiləsindən ikinci konsert keçirildi. Konsert Bəstəkarlar İttifaqının 80 illik yubileyi münasibətilə təşkil edilmişdi.

İttifaqın katibi, bəstəkar, Əməkdar incəsənət xadimi Cəlal Abbasov konsertdən öncə çıxış edərək qurumun fəaliyyətindən söz açdı. Bildirdi ki, Bəstəkarlar İttifaqı hər zaman gənc musiqiçilərə dəstək verib, onların konsertlərini təşkil edərək yaradıcılıq uğurlarının artmasına yardımçı olub.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Leyla Zöhrabova çıxış edərək bildirdi ki, “Azərbaycan bəstəkarlarının kamera əsərləri gənc ifaçıların təqdimatında” silsiləsindən birinci konsert ötən ilin dekabrında olub. O, layihənin həyata keçməsində ABİ-nin sədri, professor Firəngiz Əlizadənin rolunu xüsusi qeyd etdi.
Sonra söz gənc ifaçılara verildi. Konsert proqramında Asəf Zeynallının “Ölkəm” romansı, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Rəqs”, piano üçün “Tsarskoe selo heykəli”, Fikrət Əmirovun “Elegiya”, Tofiq Quliyevin “Kiçik skertso” əsərləri səsləndirildi. Eləcə də Əşrəf Abbasovun “Qaraca qız” baletindən vals, Azər Dadaşovun “Lütf” violonçel və piano üçün poema, Süleyman Ələsgərovun piano üçün “Rəqs tokkata”, Samir Əliyevin “Kölgələrin oyunu” piano üçün prelüd və başqa əsərlər ifa olundu.
Leyla Dadaşova, Adilə İbrahimli, Əsmər Qəhrəmanova, Rüfət Kərimli, Eldəniz Ələsgərzadə, Nilufər Qədirzadə və başqa gənc ifaçıların çıxışı maraqla qarşılandı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar