İordaniyanın paytaxtı Əmmandakı Kral Mədəniyyət Mərkəzində bu ölkədə musiqi tədrisi ilə məşğul olan azərbaycanlı Teymur İbrahimov tərəfindən əsası qoyulmuş “Prima” skripkaçılar ansamblının konserti olub.

Almaniyanın Cənubi Vestfaliya (Südwestfalen) regionunun Filarmoniya Orkestrinin konsertmeysteri Anar İbrahimov solo ifa edib.
İordaniyada fəaliyyət göstərən Musiqi Evinin və Azərbaycan səfirliyinin əməkdaşlığı çərçivəsində gerçəkləşən konserti diplomatlar, İordaniya parlamentində Azərbaycanla dostluq qrupunun üzvləri, ictimaiyyət nümayəndələri izləyib.
Əsası 2011-ci ildə qoyulan “Prima” skripkaçılar ansamblı regionda yeganə belə musiqi qrupu hesab edilir. Dinləyicilər tərəfindən maraqla qarşılanan konsertdə Qara Qarayevin “İldırımlı yollarla” baletindən və “Don Kixot” simfonik qravürlər silsiləsindən, Asəf Zeynallının “Muğamsayağı” əsərindən hissələr, Brams, Şubert, Rossini, Şostakoviç və Vivaldinin əsərləri səsləndirilib.
“Prima” skripkaçılar ansamblının yaradıcısı T.İbrahimov 1958-ci ildə Bakıda anadan olub, indiki Bakı Musiqi Akademiyasını bitirib. Azərbaycan Dövlət Filarmoniyasının orkestrində çıxış edib. İordaniyada musiqi fəaliyyəti ilə yanaşı, Suriya Milli Simfonik Orkestrinin üzvü olub. 2009-cu ildən İordaniya Universitetində skripka müəllimidir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar