Heydər Əliyev Mərkəzində keçiriləcək konsertdə Aleksandr Rıbak Respublika
İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə çıxış edəcək


Norveçli müğənni və skripkaçı, “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcək. Mərkəzdən bildiriblər ki, müğənni Bakı tamaşaçıları qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə hazırladığı konsert proqramı ilə çıxacaq.
Aleksandr Rıbak Bakıya konsertdən 3 gün əvvəl gələcək. Tanınmış musiqiçi səhnəni bölüşəcəyi gənclərlə seminar və məşqlər keçirəcək. Aleksandr Rıbak konsertdə Respublika İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət orkestr ilə çıxış edəcək.
Üç hissədən ibarət proqramın birinci hissəsində səhnəni gimnaziyanın şagirdləri, ikinci hissədə şagirdlər və Aleksandr Rıbak bölüşəcəklər. Üçüncü hissədə isə Aleksandr Rıbakın solo çıxışı olacaq. Norveçli musiqiçi tamaşaçılara öz repertuarından məşhur mahnıları təqdim edəcək.
Aleksandr Rıbak 2009-cu ildə “Fairytale” mahnısı ilə “Eurovision” mahnı müsabiqəsində birincilik əldə etdikdən sonra dünya turu çərçivəsində bir sıra ölkələrdə konsertlər verib, həmçinin istedadlı gənclərlə birgə çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar