Aprelin 16-da Heydər Əliyev Sarayında Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə reallaşdırılan III “Univision” tələbə mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 22 təhsil müəssisəsi tələbələrinin iştirak etdikləri yarışmada 14 ifaçı finala vəsiqə qazanıb.
Mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyətinin qərarını açıqlayan Əməkdar artist Tünzalə Ağayeva aprelin 21-də keçiriləcək finalda çıxış edəcək ifaçıları elan edib.
Finalda “ADA” Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Tibb Universiteti, Dövlət Rəssamlıq Akademiyası, “Odlar Yurdu” və “Təfəkkür” universitetləri, Bakı Slavyan Universiteti, Dövlət Neft Akademiyası, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri çıxış edəcəklər.
Finalın qalibi ölkəmizi mayın 14-dən 21-dək Bakıda keçiriləcək II Beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsində təmsil edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar