Bakı şəhəri Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti Gürcüstan paytaxtında səfərdə olub. Gənc musiqiçilərimiz Tbilisidəki Mikeladze adına onbirillik musiqi məktəbində və digər konsert salonlarında geniş proqramla çıxış ediblər.
Proqramda Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, S.Ələsgərov, G.Venyavski, D.Şostakoviç, D.Popper, F.List, M.Ravel, O.Sarasate, R.Şuman, S.Sinzadze, A.Piazolla və başqa bəstəkarların əsərləri səslənib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə 2009-cu ildən Tbilisidəki Mikeladze adına musiqi məktəbi ilə yaradıcılıq əməkdaşlığı edir. Bu, məktəb nümayəndələrinin Gürcüstana ikinci səfəridir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar