Mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi, yazıçı-publisist, ictimai xadim Sabir Rüstəmxanlının 70 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.
Ədəbiyyat, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə yubilyarın həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Müğənnilərin ifasında səslənən mahnılar tamaşaçıların zövqünü oxşayacaq.
Qeyd edək ki, ədibin "Ömür kitabı", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı" və digər kitabları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaları, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", “Difai fədailəri”, “Sunami” romanları işıq üzü görüb. Bu əsərlərdən bir çoxu dünya xalqlarının dillərinə tərcümə olunub.