Latviyanın Bauska şəhərində incəsənət sahələri üzrə “Aprila pilieni -2014” beynəlxalq musiqi festivalı başa çatıb.
İstedadlı musiqiçi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Dmitri Babayev bu mötəbər yarışmanın münsiflər heyətində təmsil olunub.
Litva, Latviya, Polşa, Azərbaycan və Bolqarıstanın məşhur universitetlərindən professorların, mədəniyyət xadimlərinin daxil olduqları münsiflər heyəti musiqiçiləri 9-35 yaş kateqoriyası üzrə dəyərləndiriblər. Həmyerlimizin iştirakçıların çıxışına obyektiv münasibəti festival iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və o, diploma layiq görülüb.
Festivaldan sonra həmyerlimiz Bauska şəhərinin ən böyük ali musiqi təhsili ocaqlarının tələbələrinə vokal sənəti üzrə ustad dərsləri keçib. Qeyd edək ki, D.Babayev Litvada keçiriləcək digər bir beynəlxalq musiqi yarışmasına da dəvət olunub.