12-18 may tarixlərində Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda VII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək. Festivalda dünya şöhrətli musiqiçilər və kollektivlər - Sankt-Peterburq Akademik Simfonik Orkestri, Monte-Karlo Simfonik Orkestri, Qalina Vişnevskaya Opera Mərkəzinin solistləri, Yuri Temirkanov, Gintaras Rinkyaviçus, Boris Berezovski, Denis Kojuxin, Sergey Doqadin iştirak edəcəklər. Festivalın təntənəli açılışı mayın 12-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Açılış konsertində Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.