Mayın 6-dan 7-nə keçən gecə Danimarkanın paytaxtı Kopenhagendə “B and V” arenada “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinal şousu keçirilib.
Bakı vaxtilə gecə saat 00:00-da başlanan şouda ötən il müsabiqədə qalib olan Danimarka təmsilçisi Emmelie de Forest “Only teardrops” mahnısı ilə tamaşaçıları salamlayıb. 59-cu “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalında 17 ölkənin təmsilçisi çıxış edib. Azərbaycan təmsilçisi Dilarə Kazımova 8-ci nömrə altında “Start a Fire” mahnısı ilə səhnəyə çıxıb. Müsabiqənin ikinci yarımfinalı mayın 8-də, finalı ayın 10-da keçiriləcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar